Dollar və avro bahalaşdı - GÜNÜN VALYUTA MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi dekabrın 13-ü ilə müqayisədə artaraq 1,7475 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8590 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2116 manatdır. Beləliklə, funt sterlinq də bahalaşma nümayiş etdirib.
Rusiyanın milli valyutası da dəyər qazanıb. Hazırda 1000 rus rublu 28 manat 70 qəpikdir.
Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Bu günün məzənnəsinə görə, 100 türk lirəsi 50 manat 7 qəpik, 100 gürcü larisi isə 65 manat 70 qəpik olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.