Trampın nazir təyin etmək istədiyi şəxs: "Türkiyəni radikal terrorçular idarə edir"

Donald Trampın energetika naziri təyin etmək istədiyi Rik Perrinin Türkiyənin ünvanına ağır ittihamlar səsləndirdiyi məlum olub.

 

APA TV-nin məlumatına görə, Texasın sabiq qubernatoru Türkiyənin bir dövlət kimi NATO-ya uyğun gəlmədiyini deyib.

O, 2012-ci ildə bir TV proqramında "Türkiyə islam terrorçuları tərəfindən idarə olunur", sözlərini dilə gətirib.

Həmin proqramda AKP iqtidarına qarşı ifadələr işlədən Rik Perri partiyanın hakimiyyətdə olduğu illərdə Türkiyədə qadınlara qarşı törədilən cinayətlərin 14 qat artdığını iddia edib və hökuməti terror təşkilatları ilə əlaqədə suçlayıb.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp energetika naziri postuna Texasın sabiq qubernatoru Rik Perrinin  namizədliyini irəli sürüb.

 

Nyu-Yorkda D.Tramp və R.Perri arasında görüş keçirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov