Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq
Bakı və Abşeron yarımadasında dekabrın 15-də arabir qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.