Hələbdə atəşkəs pozuldu

Suriyada Bəşər Əsəd ordusu və İranın komandanlıq etdiyi şiə milislər Şərqi Hələbdə əldə olunan atəşkəsi pozaraq, mühasirə altındakı bölgəni ağır silahlarla atəşə tutmağa başlayıb.

 

APA TV-nin Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə agentliyin mühasirə bölgəsində olan müxbiri xəbər verib.

 

Bölgə müxtəlif cəbhələrdən raket və toplarla vurulur. Müxaliflərin nəzarətindəki 6 kvadrat kilometr əraziyə bir neçə saat ərzində onlarla mərmi düşüb.

 

Qeyd edək ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya rəhbərliyindəki Suriya ordusu və müxaliflər arasında dünən əldə olunan atəşkəs razılığından sonra döyüşlər dayanmışdı. Atəşkəs zamanı mühasirədəki mülki şəxslər və silahlı müxaliflər təxliyə olunmalı idi. İlk etapda yaralılar, daha sonra mülki şəxslər və silahlı qruplar təhlükəsiz şəraitdə İdlib vilayətinə köçürülməli idi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı