Gəncədə 72 yaşlı qadını maşın vurub öldürdü
Gəncədə avtomobil qadını vuraraq öldürüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Şəhər sakini, 1953-cü il təvəllüdlü Əjdər Rzayev idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1944-cü il təvəllüdlü Xədicə Abdullayevanı vurub. Qadın hadisə yerində ölüb. Məlumata görə, X.Abdullayeva Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində süpürgəçi işləyirmiş.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.