Kürdəmir sakini güllələndi

Kürdəmir sakini güllələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində rayonun Sovla kəndində baş verib.

 

Kənd sakini Anar Şirməmməd oğlu Xəlilov güllə yarası ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq,  o, xəstəxanada  ölüb.

 

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Həmkəndlisi Saleh Məhəmməd oğlu Tağıyevlə ova gedən Anar Xəlilov onun ehtiyatsızlıq nəticəsində acdığı atəş nəticəsində ağır xəsarət alıb. Hadisəni törədən S.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov