Lavrov: "ABŞ-ın əvəzinə Türkiyə ilə iş görmək daha sərfəlidir"

"Suriya məsələsi üzrə ABŞ və Rusiya arasındakı danışıqlar hələ ki nəticəsiz qalıb". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib.

 

O, rəsmi Vaşiqntonla vaxt itkisi əvəzinə, Türkiyə ilə daha effektiv  işlər görülməsinin vacibliyini önə çəkib.

 

ABŞ-ın indiyədək əldə olunan razılaşmaları yerinə yetirməkdən boyun qaçırdığını qeyd edən Rusiyanın baş diplomatı Ağ Evin bu addımlarını "Ən-Nüsra Cəbhəsi" qruplaşmasını müdafiə etmək istəməsi ilə izah edib.

 

Qeyd edək ki, bir qədər öncə S. Lavrovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasındakı telefon danışığı zamanı tərəflər Suriyada zorakılığa son qoyulmasının önəmindən danışaraq, əsas prioritetin dinc əhalinin təhlükəsizliyinin təminatı olduğunu vurğulayıblar.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov