Goranboyda kəndə hücum edən çaqqallardan biri tələyə düşdü

Goranboy rayonunda çaqqallar kəndə hücum edib. APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Tatarlı kəndində baş verib.

 

Kənd sakini Əziz Əzizovun həyətyanı sahəsinə sürü şəklində daxil olan yırtıclar 20-dən çox ev quşunu parçalayıb. Qoyunlara hücüm edən zaman isə ev sahibləri həyətlərindəki cağırılmamış qonaqlardan xəbər tutub. Yırtıcılar qaçan zaman onlardan biri ev sahibinin quraşdırdığı tələyə düşüb.

 

Sakinlər son zamanlar çaqqalların sürü halında tez-tez kənddə soxulduğunu deyirlər. Bu səbəbdən də sakinlər yırtıcıların hücumlarının qarşısını almaq və onları məhv etmək üçün tələ qurur.

 

Goranboy Baytarlıq İdarəsinin işciləri yırtıcının tələyə düşdüyü ərazini tamamilə dezinfeksiya ediblər.
 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli