Qaxda mineral su istehsal olunan müəssisə yandı
Qaxda “Qax su” mineral suları istehsal edən müəssisədə yanğın olub. APA TV-nin məlumatına görə, bu gün saat 11:00 radələrində rayonun Süskənd kəndi ərazisində Bakı şəhər sakini Cəlal Kamil oğlu Bayramova məxsus "Qax su" mineral suları istehsalı müəssisəsinin köməkçi tikilisində yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində köməkçi tikilinin tavanının 90 kv/m-lik sahəsi yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.