Azərbaycanlı Türkiyə xəstəxanasında gərgin anlar yaşatdı - KURYOZ
Türkiyədə xəstəxanaya gedən Azərbaycan vətəndaşını polis saxlayıb. APA TV-nin məlumatına görə, hadisə Bursa vilayətinin Yüksək İxtisas Xəstəxanasında baş verib.
15 yaşlı azərbaycanlı xəstəxanaya gələrək ayaqlarında olan ağrıdan şikayət edib. Müayinə zamanı yeniyetmənin üzərində tapança və qumbara olduğunu göstərən görüntü rentgen filminə düşüb. Qorxuya düşən xəstəxana heyəti polisə məlumat verib.
Polis araşdırmasından sonra məlum olub ki, rentgen filminə düşən görüntü yeniyetmənin qayışının toqqasıdır. Toqqanın üzərindəki metal tapança və qumbara formasındadır. Bundan sonra yeniyetmə sərbəst buraxılıb.