Tovuzda 33 yaşlı qadın dəm qazından zəhərləndi

Tovuzda 33 yaşlı qadın dəm qazından zəhərlənib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Əlimərdanlı kənd sakini, 1983-cü il təvəllüdlü Şəhla Yusifova hamam otağında huşsuz halda tapılıb.

 

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstəyə dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli