Türkiyədə 36 maşın toqquşdu: 57 yaralı
Türkiyədə 36 maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Aksaray-Adana yolunda qeydə alınıb. Qəza nəticəsində 57 nəfər xəsarət alıb. Hadisə yerində Aksaray və Neğdedən xilasedicilər cəlb edilib. Yaralılar ətraf şəhərlərdəki xəstəxanalara aparılıb.
Qəza baş verdiyi magistralda nəqliyyatın hərəkəti dayandırılıb. Aksaray valisi hadisə yerinə baxış keçirib.
Qəzaya qarın səbəb olduğu bildirilir.