Dollarla bağlı gözlənilən qərar verildi: uçot dərəcəsi artırıldı

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

 

APA TV-nin məlumatına görə, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25-0,50% artırıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

 

Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

 

Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. 

 

Müəllif | Apa.Tv