Ağdama ilk qar yağdı

Ağdama ilk qar yağıb. APA TV-nin Qarabağ burosunun xəbərinə görə, qarın yağması cəbhə kəndlərinə gedən avtomobil yollarında problem yaratmayıb. Hazırda  qarın yağması davam edir.

 

Qeyd edək ki, dekabrın 15-də Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv