Bakıda sosial şəbəkədə tanış olduğu qızla görüşə gedən gənci öldürdülər
Bakıda qətl törədilib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb. 1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
İlkin məlumata görə, Ələkbər Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun “Memar Əcəmi” stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn 21 yaşlı gənc orada bıçaqlanıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.