FES-in qərarının neftin qiymətinə təsiri proqnozdan az olub
Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini artırmaq barədə qərarı neftin qiymətinə mənfi təsir göstərib. Qərar açıqlandıqdan sonra “Brent” markalı neftin qiyməti təxminən 1,4 dollar ucuzlaşıb. Hazırda birjalarda bu markadan olan neft 54 dollara təklif olunur.
Qərbi Texas nefti də dəyərini itirib. FED-in qərarı açıqlanmazdan əvvəl bir bareli 52,51 dollardan satılan WTİ nefti səhər seanslarında 50,97 dollardan təklif edilir.
Dolların uçot dərəcəsinin artırılması nefti ucuzlaşdıracaq amil kimi nəzərdən keçirilirdi, amma əksəriyyət hesab edir ki, təsir gözləniləndən az olub. Treyderlərin fikrincə, qiymətlər 52,5 dollar səviyyəsinə kimi enə bilər, enmə bundan yüksək olsa, o zaman neftin 50 dollaradək ucuzlaşması mümkündür.