Dollar sabit qaldı, avro ucuzlaşır - VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumata görə, bu gün ABŞ dollarının məzənnəsi dekabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,7475 manat təşkil edib.

 

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8369 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1914 manatdır. Beləliklə, funt sterlinqin bahalaşması qeydə alınıb.

 

Rusiyanın və Türkiyənin milli valyutaları ucuzlaşıb. Hazırda 1000 rus rublu 28 manat 4 qəpik, türk lirəsi isə 49 manat 44 qəpikdir.

 

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 65 manat 70 qəpik səviyyəsində qalıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd