"Neft kralı" biznesdən gedir - DÖVLƏT VƏZİFƏSİNƏ GÖRƏ

“Exxon Mobil” neft-qaz şirkətinin rəhbəri Reks Tillerson vəzifəsini tərk edir. APA-nın xəbərinə görə, bu barədə “Exxon” şirkətinin məlumatında bildirilir.

 

Məlumata görə, onu şirkətin baş icraçı direktoru və direktorlar şurasının sədri qismində Darren Vuds əvəzləyəcək.

 

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp R.Tillersonun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürüb. R.Tillersonun namizədliyini ABŞ Senatı təsdiqləməlidir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov