Hələbdən təxliyə başladı - RUSLARIN NƏZARƏTİ ALTINDA
Hələbdən çıxmaq istəyən sakinlərin təxliyəsinə başlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prosesin başlanması xəbərini şəhərdə Əsəd qüvvələrinə qarşı döyüşən müxaliflərin də təsdiqlədiyi deyilir.
Təxliyə olunanlar arasında çox sayda yaralıların olduğu bildirilir. Rusiyanın Müdafiə Nazirliyindən müxaliflərin rus hərbi kontingentinin nəzarəti altında evakuasiya edildiyi açıqlanıb. Onların təhlükəsizliyinə təminat verildiyi qeyd olunur. Bu prosesə 20 avtobusun cəlb edildiyi, nəqliyyat vasitələrini 10 təcili yadım maşının müşayiət etdiyi vurğulanır.
Bu arada Əsəd hakimiyyətini dəstəkləyən "Hizbullah" da atəşkəsi dəstəklədiyini açıqlayıb. Bundan əvvəl isə İrana bağlı olan təşkilat Hələb atəşkəsi ilə bağlı bir neçə yeni şərtlər irəli sürmüşdü.