Türkiyə Suriyada hərbi əməliyyatlarını genişləndirir
Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriya ərazisində əməliyyat keçirib.
APA TV-nin məlumatına görə, "Fərat qalxanı" əməliyyatı çərçivəsində baş tutan hücumlar nəticəsində terrorçulara məxsus 8 hədəf vurulub, 20 terrorçu məhv edilib.
Baş Qərargahdan verilən açıqlamada qırıcıların Əl Bab və Suflaniyah bölgələrində müəyyən olunan hədəfləri bombalayaraq məhv etdiyi bildirilir. Eyni zamanda terrorçulardan təmizlənən bölgələrdə Azad Suriya Ordusuna məxsus qruplar tərəfindən İŞİD-ə aid 5 ədəd raket yerindəcə məhv edilib.