Əsəd: "Növbəti planlarımı Rusiya və İranla birgə açıqlayacağam"

Bəşər Əsəd Hələb əməliyyatı ilə bağlı fikirlərini bölüşüb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Hələbdə hansısa atəşkəs barədə söhbətin mövcud olmadığını deyib.

 

Əsəd bundan sonra nəinki Hələbdə, Suriyanın bütün bölgələrində müxaliflərə qarşı əməliyyatların daha kəskin şəkildə davam etdiriləcəyini vurğulayıb. O deyib ki, Qərbin məqsədi terrorçuları xilas etməkdən başqa bir şey deyil.


Bəşər Əsəd müxaliflərin yalnız təslim olduqdan sonra sağ qala biləcəklərini qeyd edib.


Hələb zəfərindən sonra növbəti planlarını açıq şəkildə ifadə etməkdən çəkinən Əsəd bunu müttəfiqləri Rusiya və İranla birgə açıqlayacağını bəyan edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı