Cəlilabadda ev partladı: 73 yaşlı kişi yanaraq öldü

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən qaz partlayışı olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Azərbaycan  prospektində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

 

Evin hamamında qaz sızması nəticəsində partlayış olub. Baş verən yanğın nəticəsində hamamda çimən ev sahibi, 73 yaşlı Balaxan Mirzəyev yanıq xəsarətləri alıb. Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralıya ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağırlaşdığından, Bakıya Respublika Yanıq Mərkəzinə yola salınıb. Bununla belə, həkimlər Balaxan Mirzəyevin həyatını xilas edə bilməyiblər. Xəstəxanada dünyasını dəyişən 73 yaşlı kişi ötən gün rayona gətirilərək torpağa tapşırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv