Cəbhəboyu kəndlərə intensiv qar yağır
Ağdama güclü qar yağıb. APA TV-nin yerli bürosunun məlumatına görə, gecə saatlarından yağmağa başlayan qarın hündürlüyü 15 santimetrə çatıb.
Yağıntı cəbhəboyu kəndlərə gedən avtomobil yollarında hələ ki, problem yaratmayıb. Lakin qara hazırlıqsız yaxalanan bəzi sürücülər kiçik qəzalardan yayına bilməyib. 41 saylı Yol İstismar İdarəsinin əməkdaşları yollarda yaranacaq çətinlikləri aradan qaldırılmasına səfərbər olublar. Körpülər, sərt döngələr və eniş-yoxuşlu yollar qardan təmizlənib: "Qış mövsümünə hazırlıqla bağlı avtomobil yollarının bütün təhlükəli keçidlərinə qum ehtiyatı yığılıb. Hazırda yağıntı davam edir. Səhər saat 07:00-dan bütün idarə səfərbər olub, təmizlik işləri aparılır. Yollarda heç bir maneə yoxdur".