Bakıda avtobus aşdı

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, 1982-ci il təvəllüdlü İntiqam Abdullayevin idarə etdiyi, 44 nömrəli marşrut üzrə hərəkətdə olan, 90 UN 524 dövlət nömrə nişanlı sərnişin avtobusu idarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı təhlükəsizlik baryerini aşırdıqdan sonra dərəyə yuvarlanıb.

 

Qəza zamanı avtobusda sərnişin olmadığından, xoşbəxtlikdən xəsarət alan da olmayıb. Avtobusu hadisə yerinə cəlb olunan xüsusi texnikanın vasitəsilə çıxarmaq mümkün olub.

 

İlkin versiyaya görə, hadisəyə kəskin hava şəraiti və sürücünün sürət həddinin bu şəraitə müvafiq seçməməsi səbəb olub.

 

Hazırda müvafiq avtotexniki ekspertizalar təyin edilib. Qəzanın dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov