Türkiyə-İran-Rusiya danışıqlarının vaxtı açıqlandı
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Moskvada Suriya məsələsini müzakirə edəcəklər.
APA TV-nin xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir sözügedən görüşün dekabrın 27-də keçiriləcəyini açıqlayıb.
Yeri gəlmişkən, ABŞ bu formatda aparılacaq üçtərəfli danışıqlarla bağlı mövqeyini açıqlayıb. Dövlət Departamentinin sözçüsü Con Kirbi rəsmi Vaşinqtonun bu formatda görüşün keçirilməsinə qarşı olmadığını bildirib.