11,626 milyard manatlıq gəlir - DÖVLƏT NEFT FONDU

2014-cü ildə Neft Fondunun aktivlərindən gəlirləri 380 milyon manat təşkil edəcək. APA TV-nin xəbərinə görə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov bildirib ki, gələn il üçün fondun bütövlükdə gəlirləri 11, 626 mlrd, xərcləri isə 11, 290 mlrd. manat proqnozlaşdırılır. Onun sözlərinə görə, gəlirlərin əsas hissəsini neft-qaz satışından əldə ediləcək xalis gəlir təşkil edir: "2014-ci ildə əvvəlki illərdə olduğu kimi qaçqın və məcburi köçkünlər üçün 300 mln. manat, Bakı- Tbilisi- Qars üçün 132 mln. manat, xaricdə təhsil üçün 33, 7 mln. manat, Samur-Abşeron kanalında suvarma sisteminin yenidən qurulması üçün 80, 2 mln. manat, ayrılacaq".

 

Şahmar Mövsümov deyib ki, növbəti ildə fondun vəsaitlərinin artması proqnozlaşdırılır. O bildirib ki, neft fondundan büdcəyə transferin həcminin azalması da ölkənin qeyri neft sektoruna yönəldilmiş siyasətin artıq nəticəsini verdiyini göstərir.

 

Müəllif | Apa.Tv