Şəmkirdə 38 yaşlı kişi qətlə yetirildi
Şəmkirdə qətl törədilib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
Rayon sakini, 25 yaşlı Rəhim Ağayevin icarəyə götürdüyü ət mağazasında 38 yaşlı həmyerlisi Süleyman Quliyevlə mübahisəsi yaranıb. Bu zaman Rəhim Ağayev Süleyman Quliyevin qarın nahiyəsindən bir bıçaq zərbəsi endirib. Yaralı qarının kəsilmiş-deşilmiş xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat edilsə də, bir neçə saatdan sonra reanimasiya şöbəsində ölüb.
Rəhim Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.