Qarlı Bakıdan reportaj
Bakı ağ örpəyə bürünüb. APA TV-nin məlumatına görə, qışın bu gözəlliyinin sevincini yaşamaq üçün Bakı sakinləri paytaxtın parklarına çıxıblar.
Nə soyuq, nə də saatın gec olması onlara mane ola bilməyib.
Sakinlərin ən çox üz tutduğu yer isə Heydər Əliyev mərkəzinin ətrafında salınan park olub.
Qar topu oynayan kim, qar adamı düzəldən kim.
Hətta xəstələnməkdən qorxmayıb qarın içində uzananlara rast gəldik.
Qarın yağmasına ən çox sevinənlər isə hər zaman olduğu kimi uşaqlar idi.
Bu balaca qız isə əlcəksiz də üşümədiyini deyir.
Bu balaca oğlan bizə müsahibə verdikdən sonra kameramızı qar topu atəşinə tutdu.
Bu parka şəhərin uzaq səmtlərindən gələnlər də var idi.
Paytaxtın yollarında vəziyyət o qədər də çətin deyildi, avtomobillər normal hərəkət edirdi.
Amma bir neçə yerdə evakuatorların maşınları apardığına rast gəldik.
Və taksi sürücüləri. Onlar da yollardan narazılıq etmədilər.
Paytaxtın müxtəlif yerlərində isə qışın bəzəyi olan qar xüsusi gözəllik yaradıb.