Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Aİ liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay uzadılmasına dair razılığa gəliblər.

APA TV-nin məlumatına görə, müdafiə, energetika və maliyyə sektorlarını əhatə edən sanksiyaların uzadılması prosesinə gələn həftənin əvvəlindən başlanılacaq.  

“Blumberq” Aİ nümayəndəsinə istinadən prosesin artıq dekabrın 16-dan başlanacağını bildirib.   

Qeyd edək ki, bundan əvvəl Fransa və Almaniya liderləri Rusiyaya qarşı sanksiyaların uzadılacağını bildiriblər. Onlar qərarlarını Minsk razılaşmalarının icrasında irəliləyişin olmaması ilə əlaqələndiriblər.  

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə