Dollar bahalaşdı, avro dəyər itirdi - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dekabrın 15-i ilə müqayisədə möhkəmlənərək 1,7525 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8277 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1765 manatdır. Beləliklə, funt sterlinqin ucuzlaşması baş verib.


Rusiyanın milli valyutası rubl stabil qalıb. Hazırda 1000 rus rublu 28 manat 4 qəpik səviyyəsindədir.
 

Türkiyə lirəsi möhkəmlənib, Gürcüstan larisi isə dəyər itirib. Bu günkü məzənnə ilə 100 lirə 49 manat 83 qəpik, 100 gürcü larisi isə 65 manat 39 qəpikdir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd