Bakı sakini faciəli şəkildə öldü
Bakıda 35 yaşlı kişi 16-cı mərtəbədən yıxılaraq ölüb. APA TV-nin məlumatına görə, hündürmərtəbəli binada yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.
Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Dəmirçizadə küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O.Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb.
Faktla bağlı araşdırma aparılır.