Putin və Ərdoğan Astanaya gedir - SURİYA MÜZAKİRƏSİ
Rusiya və Türkiyə prezidentlərinin növbəti görüşünün harada keçiriləcəyi açıqlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Qazaxıstan paytaxtında bir araya gələcəklər.
Onların Astanada Suriya məsələsini müzakirə edəcəkləri bildirilir. Hər iki liderin bununla bağlı razılaşma əldə etdiyi vurğulanır.
Sözügedən razılaşmanın detallarını ictimaiyyətə Vladimir Putin açıqlayıb. O, rəsmi Ankaranın hərbçilərin Hələbdən çıxarılması üçün lazımi dəstək göstərəcəyini bildirib.