Türkiyə təklif verdi, İran israr etdi - NECƏ RAZILAŞDILAR?

Rəsmi Ankara ilə Tehran arasında intensiv telefon danışıqları aparıldığı məlum olub.

 

APA TV-nin məlumatına görə, xarici işlər nazirləri Mövlud Çavuşoğlu və həmkarı Cavad Zərif arasında ard-arda 8 telefon danışığında mövzu mülki şəxslərin Hələbdən təhlükəsiz şəkildə çıxarılması ilə bağlı baş tutub.

Danışıqların sərt keçdiyi bildirilir. Türkiyə tərəfi İranın sakinlərin təxliyəsinə mane olmasından narazılığını bildirib.

İranlı diplomat Hələbdən insanların İdlibə təxliyəsinə qarşılıq olaraq müxaliflərin mühasirəsində olan şiə qəsəbələri - Fua və Keffeyrada yaşayanların evakuasiyası ilə bağlı Tehranın şərtini bir daha dilə gətirib.

 

Zərif bu tələbin yerinə yetirilməyəcəyi təqdirdə, İranın şiə silahlı birləşmələrinin üzərindən təsirini azaltmayacağını bildirib. Bundan sonra Ankara adı çəkilən qəsəbələrin sakinlərinin təxliyə olunmasına yaşıl işıq yandırılacağını vurğulayıb.

Tehranın şərtinə əməl edildikdən sonra dekabrın 15-i, günorta saatlarından başlayaraq Hələbdən müxaliflərin və dinc əhalinin daşınması başlanıb.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı