Kerridən qətliam xəbərdarlığı: Obama Ərdoğana zəng etdi
ABŞ-ın dövlət katibi Con Kerri Suriya hakimiyyətini, Rusiya və İranı mülki şəxslərə qarşı qətliamlar törətməkdə ittiham edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kerri Hələbdə ikinci Serebrenitsa faciəsinin yaşana biləcəyini deyib. Amerikalı diplomat bölgədə məzhəb üzərindən yaşanan gərginliyin çox təhlükəli olduğunu qeyd edib.
Prezident Barak Obama isə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, atəşkəsin əldə olunması üçün göstərdiyi səylərə görə ona təşəkkür edib.
Ağ Ev sahibi ABŞ-la Türkiyənin beynəlxalq terrorçuluğa və İŞİD-ə qarşı mübarizədə həmfikir olduğundan məmnunluğunu ifadə edib.