Həftə sonu yenə qar yağacaq - XƏBƏRDARLIQ

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, səhər zəif duman, çiskin olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq. Dekabrın 17-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü  müsbət amildir.

Müəllif | Apa.Tv
Apa.tv