Tramp: "Suriyalılara yardım edəcəyik, xərcini isə..."

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Tramp hakimiyyəti dövründə həyata keçirəcəyi Suriya siyasətindən danışıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, Suriyada təhlükəsiz bölgələr yaradacaqlarını qeyd edib.

Tramp deyib ki, bunun müqabilində insanlar yaşamaq şansı qazanacaq.

 

"Orada baş verənlər çox kədərlidir. Suriyadakı insanlara yardım edəcəyik. Tampon bölgələr yaradacağıq", - deyə Tramp əlavə edib.

O qeyd edib ki, bu layihələrin məsrəfini Körfəz ölkələrindən tələb edəcək.

 

Müəllif | Apa.Tv