Şəmkirdə tövlə yandı, 57 baş inək tələf oldu

Şəmkirdə tövlənin yanması nəticəsində xeyli sayda iri buynuzlu heyvan tələf olub.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat kəndində qeydə alınıb.

 

Laçın rayonundan olan məcburi köçkün, 1938-ci il təvəllüdlü Sovet Ələkbərova məxsus tövlədə yanğın baş verib. Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Alov tez bir zamanda söndürülsə də, tövlədə olan 57 baş iri buynuzlu heyvan tələf olub, 10-dan artıq heyvan isə yanıq xəsarətləri alıb.

 

Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov