Ankarada İran və Rusiya səfirlikləri qarşısında aksiya keçirildi
Türkiyənin paytaxtı Ankarada yerləşən İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, əllərində Türkiyə və Suriya bayraqları tutan etirazçılar Suriyada və ən əsası Hələbdə yaşanan qətliamda bilavasitə İranı ittiham edib.
Aksiya iştirakçıları dünya ictimaiyyətinin Hələbdə baş verənlər qarşısında susduğunu, bununla da oradakı insanlıq dramının memarlarından olan İran rejimini müdafiə etdiyini bildirərək, bu ölkəyə qarşı şüarlar səsləndiriblər.
Bundan sonra etirazçılar aksiyanı Rusiya səfirliyinin qarşısında davam etdiriblər. Onlar rəsmi Moskvadan qoşunlarını dərhal Suriya ərazisindən çıxarmağı, bununla da Suriya ərazisinin işğalına son qoyulmasını tələb ediblər.
Aksiyalar insidentsiz başa çatıb.