Ərdoğandan üç dildə Hələb mesajı

Türkiyə prezidenti Twitter hesabından Hələblə bağlı üç dildə çağırış yayıb. APA TV-nin məlumatına görə, o, türk, ərəb və ingilis dillərində Hələbdən mülki əhalinin təxliyəsi prosesinə münasibət bildirib.

 

Ərdoğan yazıb ki, Türkiyənin fəal səyləri ilə əldə edilən atəşkəsin və təxliyələrin davam etməsi Hələbdəki məsumlar üçün bəlkə də son ümiddir. O, bütün tərəfləri atəşkəsə riayət etməyə və təxliyə prosesinə dəstək olmağa çağırıb. Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Hələb əhalisini yalnız qoymayıb və bundan sonra qoymayacaq. “Nə bahasına olursa olsun, tək bir canı xilas etmək üçün belə əlimizdən gələni edəcəyik”, - Türkiyə prezidenti yazıb.

 

Müəllif | Apa.Tv