Astarada ağır qəza: 22 yaşlı gənc toyundan bir gün əvvəl öldü
Astarada bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb. Astara şəhər sakini, 27 yaşlı Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi BMW markalı minik avtomobili onun əmisi oğlu olan Astara şəhər sakini, 22 yaşlı Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi VAZ-2107 markalı maşınla toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin VAZ-2107-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Onun yanındakı sərnişin, Bakı şəhər sakini, 31 yaşlı Emil Elşad oğlu Həsənov və BMW-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı ölən Nicat Məmmədzadənin bu gün toyu olacaqdı.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.