İŞİD liderinin başına qoyulan pul artırıldı - 25 MİLYON DOLLAR!

ABŞ Dövlət Departamenti İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsinə kömək edə biləcək informasiyaya görə mükafatı artırıb. APA TV-nin məlumatına görə, mükafat məbləği 25 milyon dollara çatdırılıb.

 

Bu barədə ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən “Ədalət üçün mükafat” proqramının Twitter hesabında yazılıb. Məlumatda deyilir ki, İŞİD liderinin həbsinə və ya mühakiməsinə səbəb olacaq informasiyaya görə mükafat fondu 25 milyon dollaradək artırılıb.

 

Bundan əvvəl mükafat fondu 10 milyon dollar idi.

 

Amerika tərəfinin məlumatına görə, Əbu Bəkr əl-Bağdadi hazırda Suriya və İraqda İŞİD-in nəzarətindəki bölgələrdə gizlənir. ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə koalisiyadakı nümayəndəsi Brett Makgerk iki gün əvvəl bildirmişdi ki, İŞİD liderinin müavinlərinin əksəriyyəti məhv edilib.

 

Müəllif | Apa.Tv