Türkiyədə hərbçiləri daşıyan avtobus partladıldı

Türkiyənin Kayseri şəhərində partlayış baş verib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 08.45 radələrində şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında avtobusda qeydə alınıb.

 

Partlayış nəticəsində yaralıların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

 

"İhlas" agentliyinin iddiasına görə, avtobusa yaxınlaşan bir avtomobildə partlayış olub. Agentliyin müxbiri avtobusda ölənlərin olduğunu bildirib.

 

Partlayışın istirahətə çıxan hərbçiləri aparan avtobusda baş verdiyi qeyd olunur. Hadisənin terror aktı olduğu barədə fikirlər var.

Müəllif | Apa.Tv
Elvin Bayramlı