Bərdə sakinindən 1 kq-dan çox marixuana götürüldü

Bərdə şəhərində şübhəli qismində saxlanılan şəxsin kənddəki evinə baxış keçirilərkən külli miqdarda marixuana aşkarlanıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Gərənə kənd sakini, 48 yaşlı İlyas Talış oğlu Gözəlov saxlanılarkən üzərindən 1 ədəd kibrit qutusunda 9,15 qram qurudulmuş marixuana aşkarlanıb.

 

Rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində onun yaşadığı mənzildən ümumi çəkisi 1050 qram olan marixuana götürülüb. Saxlanılan şəxs evindən aşkarlanan narkotik maddəni Şəmkir rayonundan tapdığını və özünün istifadə etməsi üçün hazırladığını deyib: "Şəmkir rayonunda dəmir yolunun kənarından tapdım. Yığdım gətirdim, özüm istifadə etməyə başladım. Sonra tutuldum".

 

Bərdə RPŞ-nin istintaq bölməsinin rəisi Teymur Ələkbərov: "Narkotik vasitələrin qanunsuz vasitələrin istifadə etməsində şübhəli bilinərək rayon polis şöbəsinə gətirilib. Evinə baxış zamanı əlavə narkotik maddə aşkarlanıb".

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Nigar Həsənli