Türk ordusu Suriyada daha bir şəhid verdi
Türk ordusu Suriyanın şimalında keçirdiyi "Fərat qalxanı" əməliyyatında daha bir şəhid verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, yaralı əsgər Qaziantepdəki xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Türk əsgəri Suriyanın şimalında, Əl Bab qəsəbəsi yaxınlığında ağır yaralanıb.