İŞİD türk ordusuna hücum etdi - YARALILAR VAR

İŞİD terrorçuları Suriyada Türk ordusuna hücum edib. APA TV-nin məlumatına görə, Suriyada həyata keçirilən "Fərat qalxanı" hərəkatının 116-cı günündə Türkiyə Silahlı Qüvvələri hərbçilərinə Əl Bab qəsəbəsi yaxınlığında hücum olub.


Hadisə nəticəsində yaralanan 3 türk hərbçisi  və bir Azad Suriya Ordusu döyüşçüsü Kilis Dövlət Xəstəxanasına gətirilib.

 

Yaralı hərbçilərin vəziyyətinin normal olduğu bildirilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı