Kayseridə HDP binası yandırıldı, üzərində MHP bayrağı asıldı
Kayseridə bir qrup şəxs Xalqların Demokratik Partiyasının (HDP) binasına hücum edib.
APA TV-nin məlumatına görə, səhər saatlarında baş verən partlayışdan sonra vətəndaşlar Cümhuriyyət Meydanına yığılıb, başqa qrup isə HDP binasına daxil olmağa çalışıb.
Polis onların qarşısını almağa çalışsa da, binanın pəncərələri sındırılıb, içəriyə od vurulub. Sosial şəbəkələrdə paylaşılan videoda binanın damından tüstü çıxdığı görünür.
Etiraz edən kütlə binaya Milliyyətçi Hərəkat Partiyasının (MHP) və Türkiyə Cümhuriyyətinin bayrağını asıb.
Partlayışa etiraz edən başqa bir qrup isə şəhər mərkəzində yerləşən bir otelin önünə toplanıb. Otelin girişində asılan ABŞ bayrağını endirib, yerinə Türkiyə bayrağı asıb. Dirəyindən endirilən ABŞ bayrağı yandırılıb.