Putin-Ərdoğan danışığı - HƏLƏB MÜZAKİRƏ OLUNDU

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər Suriyanın Hələb şəhərindən insanların təxliyəsi ilə bağlı ziddiyətlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.

Tərəflər həmçinin əhalini humanitar yardımla təmin etmək üçün səylərin artırılması, Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılmasının vacibliyini qeyd ediblər. Məlumata görə, Putin və Ərdoğan həmçinin Astanada Suriya hökumət və müxalifət nümayəndələri arasında görüşün keçirilməsini müzakirə ediblər.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə