Ukraynada yenidən döyüşlər başladı: ölənlər var

Donbasda Svetlodarsk şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Antiterror Əməliyyatı Qərargahının məlumatında bildirilir.

Məlumata əsəsən, dekabrın 18-də baş verən toqquşmalarda 5 Ukrayna hərbçisi həlak olub, 6-sı yaralanıb.

“Svetlodarsk istiqamətində Ukrayna ordusu ilə separatçılar arasında gedən döyüşlərdə 20 terrorçu ölüb, 30-u  isə yaralanıb”, məlumatda qeyd olunub.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə