Suriyada şiələri təxliyə etməyə gedən avtobuslar yandırıldı

Suriyada sakinləri evakuasiya edən 6 avtobus yandırılıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumat görə, avtobuslar insanları İdlibə aparmaq üçün hərəkət ediblər.

Rusiya mətbuatında hadisəni "Şam cəbhəsi" döyüşçülərinin törətdiyi iddia olunur. Avtobusların müxaliflərin mühasirəsində olan Fua və Keffeyra qəsəbələrindən insanların təxliyəsi üçün göndərildiyi deyilir.

Xatırladaq ki, həmin qəsəbələrin sakinləri şiələrdir və İran Hələb atəşkəsi razılaşmasında onların da köçürülməsini şərt kimi irəli sürmüşdü. Türkiyənin və İranın xarici işlər nazirləri bu məsələdə yekdil qərara gəlib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə