"Goldman Sachs"dan sürpriz proqnoz: neft bahalaşacaq
Birjalarda həftənin ilk hərraclarında neftin qiyməti bahalaşıb. APA TV-nin məlumatına görə, Yanvar ayının sonları üçün bağlanan müqavilələrdə "Brent" markalı neft 55,60 dollardan təklif olunur. Qərbi Texas nefti də ciddi dəyər qazanıb. WTİ neftinin bir bareli alıcılara 53,42 dollardan təklif olunur.
Goldman Sachs analitikləri 2017-ci ildə neftin qiymətinə dair proqnozlarını yeniləyiblər. Analitiklər hesab edir ki, dolların güclənməsi neftin bahalaşmasını qısamüddətli perspektivdə ləngitsə də, ilin ikinci rübündə "Brent" neftinin bir barelinin orta qiyməti 59 dollara kimi yüksələcək. Bu proqnoz OPEK üzvləri ilə kartelə üzv olmayan neft dövlətləri arasında razılaşmaya əsaslanır. Analitiklər hesab edir ki, bu razılaşmanın reallaşma ehtimalı 84 faizdir.